Sual-cavab
Təkər ölçüsünü necə oxumaq olar?
Məsələn, 195/65 R15 91H: 195 – təkərin eni (mm), 65 – profil hündürlüyünün enə nisbəti (%), R – radial konstruksiya, 15 – disk diametri (düym), 91 – yük indeksi (615 kq), H – sürət indeksi (210 km/saat). Ölçü təkərin yan tərəfində yazılır.
4 fəsil təkəri nədir?
İl boyu istifadə üçün hazırlanmış təkərdir. Yayda isti asfaltda, qışda soyuq və yaş yolda tutuşunu saxlayır. Mövsümdən-mövsümə təkər dəyişmək ehtiyacı qalmır.
Sifarişi necə verə bilərəm?
Saytda ölçünüzü seçin, təkərin səhifəsində WhatsApp düyməsini basın və ya bizə zəng edin. Operator anbar qalığını, qiyməti və çatdırılmanı təsdiqləyəcək.
Saytda göstərilən anbar qalığı dəqiqdir?
Bəli, hər təkərin yanında anbarda olan say göstərilir və mütəmadi yenilənir. Anbarda olmayan ölçüləri sifarişlə gətirə bilərik.
Montaj üçün növbə lazımdır?
Xeyr. Mağazamıza istənilən vaxt iş saatlarında yaxınlaşa bilərsiniz.
Səyyar xidmətiniz var?
Bəli. Sumqayıt daxilində xüsusi texnikamızla hadisə yerinə gəlir, təkəri yerindəcə dəyişirik.
Kingboss və GoForm təkərləri harada istehsal olunur?
Hər iki brend Çində istehsal olunur və birbaşa idxal edilir. Vasitəçi olmadığı üçün qiymətlər sərfəlidir.
Təkəri nə vaxt dəyişmək lazımdır?
Protektorun dərinliyi 1.6 mm-ə yaxınlaşdıqda, yan tərəfdə çat və ya qabarma əmələ gəldikdə, həmçinin təkər 5–6 ildən köhnə olduqda dəyişmək tövsiyə olunur.
